image-1backend

Mübariz Mənsimovun gəmisinə görə İstanbul Boğazında HƏRƏKƏT DAYANDI

image-ads-728x90

İstanbul Boğazının Kanlıca sahillərində mühərrikində nasazlıq yaranan Sent-Kitts və Nevis bayraqlı, 139 metr uzunluğundakı “Alisuvar Mammadov” adlı yük gəmisi təcili lövbər salıb.

Korrekt.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar İstanbul Boğazında gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Dərhal əraziyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə həvalə olunmuş “Kurtarma 5” xilasetmə gəmisi cəlb edilib.

Suda hərəkətsiz qalan gəminin görüntüləri havadan dronla lentə alınıb.

Qeyd edək ki, mütəxəssis heyətinin müdaxiləsindən sonra texniki nasazlıq aradan qaldırılıb və gəmi xilasetmə gəmisinin müşayiəti ilə hərəkətini davam etdirib.

Məlumata görə, sözügedən gəmi azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. Birinci Qarabağ müharibəsi şəhidi Əlisuvar Məmmədovun adını daşıyan gəmi 2022-ci ildə suya endirilib.Musavat.com

İstanbul Boğazında makine arıza yapan gemi nedeniyle boğaz trafiği askıya alındı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki