Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.
Korrekt.az APA-ya istinadla xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.
İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.
Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.
Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıb.
Ə.Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.





















