image-1backend

Türkiyəli aktyor Oktay Kaynarca saxlanıldı

image-ads-728x90

Məşhur türkiyəli aktyor Oktay Kaynarca və daha beş tanınmış şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı saxlanılıb. Korrekt.az-ın məlumatına görə, hazırda saxlanılan şəxslər dindirilir.

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan 2025/280882 CBS saylı iş çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya saxlanılıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, saxlanılanlar şəxsi istifadə üçün narkotik vasitələri və ya stimullaşdırıcı maddələr saxlamaq, narkotik vasitələrdən istifadəni asanlaşdırmaq, kimisə fahişəliyə sövq etmək, fahişəliyə şərait yaratmaq və ya vasitəçilik etmək, yaxud fahişəliyə yer vermək, həmçinin qumar oynamaq üçün yer və vasitə ilə təmin etməkdə ittiham olunurlar.

Hazırda araşdırma davam edir və iş üzrə əlavə açıqlamaların yaxın vaxtlarda veriləcəyi gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki