Xətai rayonunda qanunsuz tikintilər davam edir və maraqlıdır ki, bu tikintilər icra strukturlarının gözləri qarşısında aparılır. Artıq bir neçə gündür ki, Əliağa Şıxlinski küçəsində piyadalar üçün nəzərdə tutulan hissədə geniş tikinti işləri aparılır. Bunun nəticəsində, piyadalar avtomobil yoluna çıxmaq məcburiyyətində qalır və ərazidə hərəkət çətinləşir.
Dəfələrlə Xətai rayon icra hakimiyyətinə edilən müraciətlərə baxmayaraq, heç bir cavab almaq mümkün deyil.
Xətai rayonunda bu cür qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.





















