image-7c52d6df-d022-42f2-8a6a-d4548b475895backend

Qaqauziyada başqan seçkilərinin ikinci turuna iki namizəd vəsiqə qazanıb

image-ads-728x90

Moldovanın tərkibindəki Qaqauziya Muxtar Ərazi Quruluşunda başqan və Xalq Məclisinin deputatları seçilib.

Korrekt.az xəbər verir ki, başqan postuna mübarizə aparan səkkiz namizəddən heç biri seçicilərin 50 faizdən çoxunun səsini qazana bilməyib. Buna görə də seçkilərin ikinci turu keçiriləcək.

İkinci tura keçən namizədlər bunlardır:

Aleksandr Stoyanoqlo – Moldovanın sabiq baş prokuroru. O, səslərin 38,44 faizini toplayaraq ilk turu lider başa vurub.

Fyodor Qaqauz – Moldova Respublikası Sosialistlər Partiyasının namizədi. O, 24,22 faiz səs əldə edib.

Başqan seçkilərinin ikinci turu 2026-cı il noyabrın 29-da keçiriləcək.

Qeyd edək ki, seçkilərlə yanaşı, Qaqauziya Xalq Məclisinə deputat seçkiləri də baş tutub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki