image-4backend

Bakıda güclü külək 32 ağacı aşırıb – FOTOLAR

image-ads-728x90

Bakıda ötən gündən müşahidə olunan güclü külək gecə boyu davam edib. Nəticədə paytaxtın müxtəlif ərazilərində ağaclar aşıb, bir sıra ağacların budaqları qırılıb.

Korrekt.az xəbər verir ki, noyabrın 15-i axşam saatlarından başlayan güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları yaranmış fəsadların aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejiminə keçiblər.

Birliyin növbətçi briqadaları hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnikanın köməyi ilə ərazilərdən götürülüb, təmizlik işləri aparılıb.

Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək ağac qalıqları ərazilərdən təmizlənib.

Qeyd olunub ki, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları paytaxtın yaşıllıq ərazilərində monitorinq və nəzarət tədbirlərini davam etdirirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki