Sosial şəbəkələrdə endirimli tarif paketi elanına inanan şəxs dələduzların toruna düşüb…
Abşeron sakini Fərid Bayramov deyir ki, “TikTok” sosial şəbəkəsində qarşısına çıxan bir səhifədə mobil operatorların adından yayımlanan endirimli tarif paketi ilə bağlı elanı görüb və ona inanıb.
Bir müddət sonra vətəndaşa endirimli tarifə qoşula biləcəyi bildirilib və ödəniş üçün kart hesabı göndərilib. İlk olaraq 10 manat xidmət haqqı, daha sonra isə 15 manat dırnaqarası tarif ödənişi tələb olunub.
Fərid Bayramov hər iki ödənişi həyata keçirərək çekləri qarşı tərəfə göndərib.
Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Fidan Qasımova deyir ki, rəqəmsallaşmasının sürətlə imkişaf etdiyi dövrdə kiberdələduzluq halları artmaqda davam edir. Müxtəlif sosial şəbəkələrdə saxta kampaniyalar geniş yayılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





















