image-savunma-sanayii-2385089backend

Yunan mediası həyacan təbili ÇALDI: Türkiyə Avropa silah bazarını ələ ALIR  

image-ads-728x90

Yunanıstanın ən çox oxunan xəbər saytlarından biri olan “in.gr” tərəfindən yayımlanan xəbərə görə, Türkiyə artan müdafiə sənayesi ixracatı ilə Avropanın müdafiə arxitekturasından öz payını almağa hazırlaşır.

Korrekt.az xəbər verir ki, məqalədə, son günlərdə Türkiyənin müdafiə sənayesi ixracatındakı artım vurğulanıb. Türkiyə, zirehli quru maşınları istehsalında qabaqcıl şirkətlərdən biri olan Otokar ilə 5 il ərzində Rumıniyaya 1059 ədəd COBRA II 4X4 tipli maşın tədarük etməyi hədəfləyir. Xəbərdə, bu razılaşmanın şirkətin Avropa bazarına girməsinə səbəb olduğu qeyd edilib. Şirkət, 857 milyon avroluq müqavilə ilə Rumıniyaya müdafiə məhsulları ixrac edəcək.

Türkiyənin müdafiə sənayesi həm də xarici siyasət və iqtisadiyyat üçün mühüm bir yer tutaraq, silah sistemlərinin ixracatını 7,1 milyard dollara çatdırıb. Məqsəd isə bu rəqəmi 10 milyard dollara qədər yüksəltməkdir.

Yunanıstanın ən çox oxunan xəbər saytlarından biri olan “in.gr” tərəfindən yayımlanan məlumatda, Türkiyənin Avropanın yenidən silahlanmasında aparıcı rol oynadığı və Avropanın müdafiə arxitekturasında da öz payını almağa hazır olduğu vurğulanıb. “Türkiyə uzun müddətdir ki, Avropanın silahlanmasına mühüm töhfələr verməkdədir və indi Avropanın müdafiə sənayesində daha böyük bir yer tutmağa çalışır”, – deyə yazılıb.

Yunanıstanın müdafiə sənayesi isə bu mühitdəki açığı aradan qaldırmaq üçün yüksək texnologiyaya sərmayə qoymağı və 25% yerli silah istehsalını təmin etməyi planlaşdırır. Yunan mətbuatına görə, Yunanıstanın bu addımları, Avropada yeni bir müdafiə bazarına yönəlmək məqsədini güdür.

Beləliklə, Türkiyənin artan müdafiə sənayesi ixracatı, Avropa ölkələri ilə daha sıx əməkdaşlığa imkan yaradır və gələcəkdə Avropanın müdafiə bazarının daha çox Türkiyənin məhsulları ilə formalaşması ehtimalını gücləndirir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki