image-image_750x_691c3de05cb22backend

Zelenskiyə aid olan “Zelenskyy” ticarət nişanını qeydiyyatdan keçirmədilər -FOTO

image-ads-728x90

Kanada hakimiyyəti, Ukrayna prezidenti Vladimir Zelenskiyə aid olan “Zelenskyy” ticarət nişanını qeydiyyatdan keçirmək hüququnu rədd edib. Korrekt.az xəbər verir ki, bu barədə Kanadanın müvafiq orqanları məlumat verib.

Ərizəyə əsasən, “Zelenskyy” ticarət nişanının müxtəlif xidmətlər təqdim etməsi nəzərdə tutulurdu. Bu xidmətlər arasında psixologiya, astrologiya, qumar oyunları və dəfn xidmətləri kimi sahələr də var idi.

Sənədlərdən məlum olub ki, ticarət nişanının ünvanı kimi Ukrayna prezidentinin ofisinin ünvanı göstərilib, hansı ki, bu məlumatlar Ukrayna prezidentinin şəxsi məlumatlarına uyğun gəlir.

Kanada səlahiyyətliləri, Zelenskiyə aid ərizənin müvafiq tələblərə cavab vermədiyini və prezidentin lazımi düzəlişləri etmədiyi üçün ərizəni qəbul etmədiklərini açıqlayıblar.

Bu qərar, Kanadada ticarət nişanlarının qeydiyyatı ilə bağlı mövcud qaydaların ciddi şəkildə tətbiq edildiyini bir daha göstərir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki