image-1backend

ABŞ Çinlə problem yaratmaq istəmir – Arzuman Muradlı

image-ads-728x90

“ABŞ-İran müharibəsi regionda siyasi düzəni dəyişib. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Vaşinqton bu qarşıdurmada istədiyi nəticəni əldə edə bilmədi. Bu isə İranda daxili siyasi dəyişikliklərin baş verəcəyi ilə bağlı şübhələri artırır. Eyni zamanda, müharibə İranda SEPAH-ın mövqelərini daha da gücləndirdi. Həmçinin ABŞ mediası müharibə ərəfəsində Çinin İrana silah tədarük etdiyini yazsa da, rəsmi Vaşinqton bu məsələnin üzərindən sükutla keçdi.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın mart ayının sonunda Çinə səfəri planlaşdırılmışdı.

“Lakin həmin dövrdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam etdiyindən, Ağ Ev rəhbəri səfəri təxirə saldı. Tramp daha sonra səfərin may ayının ortalarında baş tuta biləcəyini açıqlasa da, bu tarixin də dəqiq olmadığı bildirilir.”- deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlının sözlərinə görə, əsas səbəblərdən biri ABŞ-ın Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika vermək planıdır.

Politoloq qeyd edib ki, Vaşinqton rəsmi şəkildə Tayvanı Çinin bir hissəsi kimi tanıyır. Bununla yanaşı, ABŞ adanın hərbi yolla Çinə birləşdirilməsinə qarşı çıxır və Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır.

“Donald Tramp Çin lideri Si Cinpinlə dialoq və görüşlərin tərəfdarı olsa da, Tayvan məsələsini müzakirə etmək istəmir. “– Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki