image-img_20261110_164912backend

Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi açılıb

image-ads-728x90

Azərbaycanın Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksinin açılışı olub.

Bir zamanlar Ermənistanın işğalı altında olan Cəbrayılda inşa edilən kompleksin təməli 2022-ci il oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşəçilik Baş İdarəsinin dəstəyi ilə yaradılan kompleks 11,4 hektar ərazini əhatə edir. Burada ümumilikdə 12 min 200 kvadratmetr bina və istifadə sahəsi mövcuddur.

Kompleksə təlim mərkəzi binası, tinglik üzrə inzibati bina, istehsalat emalatxanası və ting satış sahəsi daxildir. Ting istehsalı isə 47 min 300 kvadratmetr ərazidə həyata keçiriləcək.

Müəssisənin illik 2 milyon ting istehsal etmək gücü var. Təlim mərkəzində isə hər il 400 nəfərə nəzəri və praktiki təlimlərin keçirilməsi, onların kompleksdə gecələmə imkanları ilə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bu kompleksi Türkiyə ilə Azərbaycan əməkdaşlığının yeni rəmzi kimi qiymətləndirib.

Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında da Türkiyənin Qarabağın inkişafına hər cür dəstək verməyə hazır olduğunu bildirib.

“ Qarabağın inkişafı üçün də əlimizdən gələn hər cür dəstəyi veririk. Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksini Qarabağa qazandırmaqdan məmnunluq duyduq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki