image-1backend

ABŞ-dan Ukraynaya şok təklif: Bundan imtina et… – Reuters

image-ads-728x90

Birləşmiş Ştatlar Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq şəkildə bildirib ki, Kiyev Rusiya ilə müharibəni dayandırmaq üçün ABŞ tərəfindən hazırlanmış çərçivə sənədini qəbul etməlidir. Sənəddə deyilir ki, Ukrayna öz ərazisinin bir hissəsini və silahlarını verməlidir. Korrekt.az xəbər verir ki , Reuters-ə vəziyyətlə tanış olan iki mənbə bildirib, lakin onlar məsələnin həssaslığına görə anonimlik istəyiblər.

“Reuters”in mənbələri xüsusilə qeyd ediblər ki, təklifdə Ukrayna silahlı qüvvələrinin sayının azaldılması məsələsi var. Onlar vurğulayıblar ki, Vaşinqton Ukrayna tərəfinin onların təklifinin əsas müddəalarını qəbul etməsini istəyir.

Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib. ABŞ dövlət katibi Marko Rubio özünün X səhifəsində yazıb ki, Vaşinqton “müharibəyə son qoymaq üçün potensial ideyaların siyahısını hazırlamağa davam edəcək”. “Ukraynadakı kimi mürəkkəb və ölümcül müharibəyə son qoymaq ciddi və real ideyaların geniş mübadiləsini tələb edir. Davamlı sülhə nail olmaq hər iki tərəfdən çətin, lakin zəruri güzəştlərə getməyi tələb edəcək”, – Rubio yazıb.

Bundan əvvəl yüksək rütbəli ukraynalı məmur Reuters agentliyinə bildirib ki, Kiyev Vaşinqtonun Rusiya ilə müzakirə etdiyi müharibəni dayandırmaq üçün ABŞ-ın təklifləri paketi ilə bağlı “siqnallar” alıb. Mənbə Ukraynanın bu təkliflərin hazırlanmasında heç bir iştirakının olmadığını bildirib.

Noyabrın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparan Zelenskinin noyabrın 20-də Kiyevdə ABŞ hərbçiləri ilə görüşü planlaşdırılıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki