Korrekt.az xəbər verir ki, CENTCOM ABŞ dəniz piyadalarının İran bayrağı altındakı bir neft tankerin göyərtəsində olduğunu əks etdirən görüntülər yayımlayıb.
CENTCOM bu görüntülərin izahında yazıb ki, 11-ci bölmənin dəniz piyadaları yoxlama və təftiş məqsədilə Oman körfəzində “MT Wen Yao” neft tankerinə daxil olublar.





















