İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi İsrailin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransından (AQEM) çıxarılmasına çağırıb.
O, bu açıqlamanı təşkilatın Bakıda keçirilən sammitində verib. Qəribabadinin sözlərinə görə, İsrail “Asiyada ən vacib təhlükəsizlik və qeyri-sabitlik mənbəyini” təmsil edir.
O, həmçinin AQEM üzv ölkələrini hərbi təcavüzə qarşı prinsipial və ardıcıl mövqe tutmağa çağırıb.
İran rəsmisinin təklifi cavabsız qalıb.





















