image-img-20261016-wa0065backend

Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda təqdim olunur – FOTOLAR

image-ads-728x90

Azərbaycanın turizm nümayəndə heyəti Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisində iştirak edir.

15–18 oktyabr tarixlərində keçirilən tədbirin əsas məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, müxtəlif ölkələrin səhiyyə müəssisələri və turizm şirkətləri arasında əlaqələri gücləndirmək, eləcə də yeni investisiya və tərəfdaşlıq imkanlarını təşviq etməkdir.

Sammitdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni İrs və Regional Turizmin İnkişafı şöbəsinin Mədəni İrsin İdarə Edilməsi sektorunun müdiri Rüstəm Mehtizadə Azərbaycanın sağlamlıq turizmi potensialı və inkişaf perspektivləri barədə təqdimatlarla çıxış edir.

Təqdimatlarda Naftalan neftinin sağlamlıq turizmində əhəmiyyəti, ölkənin zəngin mineral və termal su ehtiyatları, regionlarda yeni turizm məhsullarının yaradılması imkanları, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılır. Həmçinin tibbi turizmin inkişaf perspektivləri barədə məlumat verilir.

Çıxışlarda Kəlbəcər rayonunun, xüsusilə İstisu mineral su mənbələrinin sağlamlıq turizmi baxımından potensialı vurğulanır. Regionun zəngin təbii resurslarının müasir sağlamlıq və istirahət xidmətləri ilə birləşdirilməsi, müvafiq infrastrukturun inkişafı və yeni turizm məhsullarının yaradılması imkanları qeyd olunur. Eyni zamanda, Kəlbəcərdə sağlamlıq turizminin inkişafı üçün investorların cəlb edilməsi, özəl sektorun iştirakı və əlverişli investisiya mühitinin yaratdığı imkanlar barədə məlumat verilir.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov da iştirak edir. O, Azərbaycanda termal turizmin potensialı, mineral və termal su ehtiyatlarının turizm məqsədilə istifadəsi, bu istiqamətdə mövcud imkanlar və inkişaf perspektivləri barədə təqdimatlar edir.

Sammit Azərbaycanın sağlamlıq turizmi imkanlarının beynəlxalq auditoriyaya tanıdılması, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının təşviqi və gələcək birgə layihələrin müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə də görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

image-img-20261016-wa0068 image-img-20261016-wa0065 image-img-20261016-wa0059 image-img-20261016-wa0056 image-img-20261016-wa0053-1 image-img-20261016-wa0053 image-img-20261016-wa0047 image-img-20261016-wa0049 image-img-20261016-wa0048



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki