image-media-cavanshr-krmgpyo6nuq8j9eac0ti-620x398backend

Cavanşir Feyziyev: Bakı ilə Ankara arasındakı münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz (VIDEO)

image-ads-728x90

Milli Məclisin deputatı Cavanşir Feyziyev Media Türk TV-yə müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz xarakterindən danışıb.

Deputat vurğulayıb ki, Bakı ilə Ankara arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə heç bir qüvvə xələl gətirə bilməz. Onun sözlərinə görə, hər bir dövlət məmuru və deputat öz açıqlamalarında məsuliyyətli davranmalı, səsləndirdiyi fikirlərin Azərbaycan-Türkiyə münasibətlərinə mümkün təsirlərini nəzərə almalıdır.

Cavanşir Feyziyev qeyd edib ki, iki qardaş ölkə arasındakı münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi hər kəsin məsuliyyətidir. Bu əlaqələr təkcə dövlətlərarası əməkdaşlığa deyil, həm də xalqlarımızın tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır.

https://www.youtube.com/watch?v=QHPiSt6Nw4I



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki