image-img-20261015-wa0101backend

Azərbaycan beynəlxalq sağlamlıq turizmi sammitində təmsil olunur – FOTOLAR

image-ads-728x90

Türkiyənin Samsun şəhərində III Beynəlxalq Samsun İkiztəpə Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisi keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Korrekt.az xəbər verir ki, 15–18 oktyabr 2026-cı il tarixlərində Samsun Sərgi və Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirin əsas məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, səhiyyə müəssisələri və turizm şirkətləri arasında əlaqələri gücləndirmək, eləcə də yeni investisiya və tərəfdaşlıq imkanlarını təşviq etməkdir.

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göndərdiyi təbrik mesajı ilə başlayıb. Daha sonra Türkiyənin səhiyyə nazirinin təbrik video-müraciəti iştirakçılara təqdim olunub.

Sammit və sərgidə müxtəlif ölkələrin xəstəxanaları, klinikaları, tibbi avadanlıq istehsalçıları, estetik tibb və saç əkimi mərkəzləri, eləcə də sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.

Beynəlxalq tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) İdarə Heyətinin üzvləri, assosiasiyanın üzvləri və təmsilçiləri, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi, həmçinin media nümayəndələri ölkəmizi təmsil edirlər.

Səfər çərçivəsində Azərbaycanın sağlamlıq və termal turizm potensialının beynəlxalq auditoriyaya təqdim olunması nəzərdə tutulur. Ölkəmizin termal və müalicəvi turizm imkanları, sağlamlıq mərkəzləri və turizm müəssisələrinin xidmətləri barədə məlumatların xarici tərəfdaşlara çatdırılması əsas istiqamətlərdəndir.

Azərbaycan nümayəndə heyətinin sammitdə iştirakı ölkəmizin beynəlxalq sağlamlıq turizmi bazarında tanıdılması, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyır.

Tədbir, həmçinin Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə layihələrin təşviqi və qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün əlverişli platforma yaradır.

Türkiyənin və dünyanın müxtəlif ölkələrinin aparıcı şirkətlərinin iştirak etdiyi sammit və sərginin Azərbaycanın sağlamlıq və termal turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də bu sahəyə yeni tərəfdaşların cəlb olunmasına töhfə verəcəyi gözlənilir.

image-img-20261015-wa0124image-img-20261015-wa0139image-img-20261015-wa0159image-img-20261015-wa0101image-img-20261015-wa0158image-img-20261015-wa0144image-img-20261015-wa0127image-img-20261015-wa0067



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki