image-media-img_1799-1rpzxwe73lcbnf6hjiyv-620x460backend

“START 5.0” təcrübə proqramının müsahibə mərhələsi start götürüb

image-ads-728x90

Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən təşkil olunan “START 5.0” təcrübə proqramının müsahibə mərhələsi başlayıb.

Proqram çərçivəsində müraciət etmiş gənclərlə fərdi görüşlər keçirilir, onların motivasiyası, maraq dairələri və seçdikləri istiqamətlər üzrə inkişaf potensialı qiymətləndirilir. Müsahibə mərhələsi namizədlərin bilik və bacarıqlarının, eləcə də proqramda iştirak üçün uyğunluqlarının müəyyənləşdirilməsinə xidmət edir.

6 ay davam edəcək “START 5.0” təcrübə proqramı gənclərin real iş mühitində təcrübə qazanmalarını və peşəkar bacarıqlarını inkişaf etdirmələrini nəzərdə tutur. Proqram çərçivəsində iştirakçılar layihələrin idarə olunması, tədbirlərin təşkili, gənclərlə iş, ictimaiyyətlə əlaqələr və SMM, eləcə də qrafik dizayn istiqamətləri üzrə təcrübə əldə edəcəklər.

Proqramın əsas məqsədi gənclərin peşəkar inkişafına dəstək olmaq, onların praktiki bacarıqlarını artırmaq və real iş mühiti ilə tanışlıqlarını təmin etməkdir.

image-media-img_1799-1rpzxwe73lcbnf6hjiyv image-media-img_1800-w7gjl052hcq6nviapk4t image-media-img_1801-os1bk8x0i3frg5h76cvm image-media-img_1802-vw32sy0pzuelgcaqx7jt image-media-img_1799-1rpzxwe73lcbnf6hjiyv-620x460



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki