image-1backend

ABŞ-ın Ukrayna planı Rusiyanı qalib edəcək-  Robert Fiko

image-ads-728x90

ABŞ-ın vəziyyəti həll etmək planı imzalanacağı təqdirdə, Ukrayna ilə münaqişədə Rusiya qalib gələcək.

Korrekt.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko bildirib.

“Əgər bu proqram imzalansa, Rusiya bu müharibədən tam qalib kimi çıxacaq və mənəvi və iqtisadi cəhətdən güclənəcək”, – deyə Fiko brifinq zamanı bildirib.

Fiko xatırladıb ki, o, həmişə Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə olub, buna görə dəfələrlə ciddi tənqidlərə məruz qalıb, lakin indi Kiyevin Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası ABŞ-ın Ukraynadakı müharibənin həlli planına daxil edilib.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki