image-img_20260714_082107backend

ABŞ İranda nüvə obyektini VURUB: Tramp nəyi əmr edib?

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp İranın Nətənz bölgəsində, Kuh-Koləng dağının altında yerləşən nüvə obyektinin hədəfə alınacağını bəyan edib. Korrektə.az xəbər verir ki, açıqlamasında ABŞ qüvvələrinin sözügedən obyekti məhv edəcəyini bildirib.

Bu bəyanat fonunda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatların başladığını açıqlayıb.

CENTCOM-un yaydığı məlumata görə, ABŞ Şərq vaxtı ilə saat 16:45-də (İran vaxtı ilə çərşənbə axşamı saat 00:15-də) Prezident Donald Trampın göstərişi əsasında İrana qarşı ardıcıl üçüncü gecə hava zərbələrinə start verilib.
Komandanlığın açıqlamasında bildirilir ki, əməliyyatların məqsədi İranın hərbi imkanlarını zəiflətmək, xüsusilə də Hörmüz boğazında mülki gəmilərə və beynəlxalq ticarət marşrutlarına qarşı hücum potensialını məhdudlaşdırmaqdır.

Rəsmi Vaşinqton hücumların İran hərbi qüvvələrinə xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki