ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
Korrekt.az xəbər verir ki, ABŞ qüvvələri İran daxilindəki hərbi hədəflərə qarşı təxminən beş saat davam edən zərbələr dalğasını tamamlayıb. CENTCOM-un açıqlamasına görə, əməliyyat zamanı Buşehr, Cask, Konarak, Bəndər Abbas, Çabahar şəhərləri və Əbu Musa adasında yerləşən hədəflərə zərbələr endirilib.
Açıqlamada qeyd olunub ki, əməliyyat uğurla icra edilib və müəyyən edilmiş hərbi obyektlər vurulub.
CENTCOM eyni zamanda Yaxın Şərq regionunda yerləşdirilən ABŞ hərbi kontingenti barədə də məlumat verib. Komandanlığın açıqlamasına əsasən, hazırda bölgədə 50 mindən çox Amerika hərbçisi yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın yaxın günlərdə quru əməliyyatına başlayacağı ilə bağlı məlumat yayılıb.





















