Bu gün ABŞ-nin İranın cənubundakı bir sıra ərazilərə hava zərbələri endirib.
Korrekt.az ISNA agentliyinə istinadən xəbər verir ki, saat 13:25-də Abadan şəhərindəki bir nöqtəyə, 13:30-da isə Mahşəhr yaxınlığındakı əraziyə raket zərbələri endirilib. Bildirilib ki, Mahşəhr istiqamətində iki partlayış baş verib.
Buşehr əyalətinin rəsmiləri isə ABŞ qüvvələrinin əyalətin bir neçə nöqtəsinə zərbələr endirdiyini açıqlayıblar. Hadisə yerlərində təcili xidmətlər fəaliyyət göstərir və ilkin məlumata əsasən, ölən və ya yaralananlar barədə məlumat daxil olmayıb.
Bununla yanaşı, Cask və Bəndər Abbasın qərb hissəsinin sakinləri də bir neçə güclü partlayış səsinin eşidildiyini bildiriblər.





















