image-1backend

ABŞ maliyyə naziri: “Bu tarixdə neft kəskin ucuzlaşacaq” 

image-ads-728x90

Korrekt.az xəbər verir ki, ABŞ maliyyə naziri Skot Bessent İranla müharibənin bitməsindən sonra neftin qiymətlərinin düşəcəyini bildirib.

Bessentin fikrincə, fyuçers bazarları da müharibədən sonrakı dövrdə neftin qiymətlərinin düşəcəyini proqnozlaşdılır və “müharibədən sonra qiymətlər daha aşağı olmalıdır”.

ABŞ maliyyə naziri həm də qeyd edib ki, münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin qiymətləri müharibədən əvvəlkindən daha aşağı səviyyələrə qayıda bilər.

Bu açıqlamalar İran müharibəsinin qlobal bazarlarda neftin qiymətlərini kəskin şəkildə artırması və xüsusilə Hörmüz boğazında enerji təchizatında fasilələrlə bağlı narahatlıqlar yaratması ilə əlaqədardır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki