image-1backend

ABŞ Türkiyə istiqamətində uçan İran raketini vurdu 

image-ads-728x90

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines Türkiyədə yerləşən strateji aviabazaya doğru hərəkət edən İran raketini zərərsizləşdirib. Korrekt.az xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ və regional rəsmilərə istinadən məlumat yayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, raket şərqi Aralıq dənizində vurulub. Məlumata əsasən, raketin istiqaməti Türkiyənin cənubunda, Aralıq dənizi yaxınlığında yerləşən İncirlik hərbi hava bazası olub. Sözügedən baza uzun illərdir ABŞ Hərbi Hava Qüvvələri üçün əsas əməliyyat mərkəzlərindən biri kimi fəaliyyət göstərir.

ABŞ rəsmiləri insident nəticəsində bazaya və ətraf ərazilərə ziyan dəymədiyini bildiriblər. İran tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki