image-img-20261018-wa0035backend

Azərbaycanın sağlamlıq turizmi potensialı və investisiya imkanları Samsunda təqdim olunub

image-ads-728x90

Azərbaycanın sağlamlıq turizmi potensialı, təbii müalicə resursları və bu sahədə investisiya imkanları Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammitində təqdim olunub.

Korrekt.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni İrs və Regional Turizmin İnkişafı şöbəsinin Mədəni İrsin İdarə Edilməsi sektorunun müdiri Rüstəm Mehtizadə çıxış edərək ölkənin sağlamlıq turizmi sahəsində mövcud imkanları və inkişaf perspektivləri barədə məlumat verib.

Rüstəm Mehtizadə Naftalan neftinin Azərbaycanın sağlamlıq turizmində xüsusi əhəmiyyəti, Naftalanın beynəlxalq səviyyədə tanıdılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni sağlamlıq turizmi məhsullarının yaradılması imkanları barədə məlumat verib.

Rüstəm Mehtizadə Kəlbəcər rayonunun İstisu mineral su mənbələri və ölkənin digər mineral və termal su ehtiyatlarının sağlamlıq turizminin inkişafındakı rolu barədə danışaraq, bu təbii resurslar əsasında müasir sağlamlıq və istirahət xidmətlərinin yaradılması, turizm infrastrukturunun inkişafı və özəl investisiyaların cəlb edilməsi perspektivlərini qeyd edib.

Təqdimatda turizm və rekreasiya zonalarının səmərəli idarə edilməsinin əhəmiyyəti də vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2024-cü il tarixli Fərmanı ilə Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması bu sahədə idarəetmənin təkmilləşdirilməsi və turizm ərazilərinin inkişafı istiqamətində mühüm addım kimi qeyd olunub.

İnvestisiya imkanları çərçivəsində investisiya təşviqi sənədinin əhəmiyyətinə də toxunulub. Qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verən layihələr üçün nəzərdə tutulan vergi və gömrük güzəştlərinin turizm sektoruna investisiyaların təşviqinə töhfə verə biləcəyi bildirilib.

Sammit Azərbaycanın sağlamlıq turizmi imkanlarının beynəlxalq auditoriyaya tanıdılması, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və gələcək investisiya əməkdaşlığının inkişafı baxımından əhəmiyyət daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki