image-1backend

ABŞ Ukraynaya radar sistemləri tədarük edəcək

image-ads-728x90

Amerika şirkətləri Rada Technologies və Echodyne Ukrayna üçün uzun mənzilli radar sistemləri və radarlarının təchizatı və texniki xidməti üçün ABŞ Dövlət Departamentindən 25,5 milyon dollarlıq müqavilələr alıblar.

Korrekt.az xəbər verir ki, 5 martda imzalanan müqavilələr “Ukraynada avadanlıq təchizatı və əlaqəli dəstək xidmətləri” üçün sabit qiymətli müqavilələrdir.

“Echodyne” ilə bağlanan müqavilənin dəyəri 14,98 milyon dollardır və 360 dərəcə əhatə dairəsinə malik dörd panelli taktiki radar sistemlərinin tədarükünü nəzərdə tutur. Bu arada, “Rada Technologies” şirkəti Kiyevi 10,5 milyon dollar dəyərində uzun mənzilli radarlarla təmin edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki