image-1backend

ABŞ və İran sonu görünməyən bir müharibəyə başladı – “Politico”

image-ads-728x90

ABŞ və İran arasında hərbi qarşıdurma yenidən alovlanıb. “Politico”nun məlumatına görə, tərəflər arasında diplomatik danışıqların bərpası və atəşkəsin yenidən qüvvəyə minməsi istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb.

Korrekt.az xəbər verir ki, ABŞ rəsmiləri bildirirlər ki, hazırda münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi qeyri-müəyyəndir. Vaşinqton və Tehran arasında dərin etimadsızlığın diplomatik həll yolunu çətinləşdirdiyi qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazındakı gəmiçilik marşrutlarına nəzarətdən imtina etməli olduğunu bildirib. İran isə əvvəlki hücumlara cavab olaraq tankerləri dron və raket zərbələri ilə hədələyib.

ABŞ administrasiyasının bəzi nümayəndələri Vaşinqtonun hərbi cavab tədbirlərini zəruri hesab edir. ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Şurası rəsmisi Aleks Qrey bildirib ki, İran razılaşmalara əməl etmədiyi halda ABŞ cavab verməlidir.

Bu arada ABŞ ordusu Yaxın Şərqdə geniş hərbi mövcudluğunu qoruyur. Bölgədə təxminən 20 hərbi gəmi, 2500-dən çox dəniz piyadası, həmçinin uzaqmənzilli raket sistemləri və döyüş aviasiyası yerləşdirilib.

ABŞ rəsmilərindən biri bildirib ki, bölgədəki hərbi imkanlar saxlanılır və Vaşinqton vəziyyəti izləməyə davam edir.

Gərginliyin əsas səbəblərindən biri Hörmüz boğazı ilə bağlı mübahisədir. İran daha əvvəl ABŞ-ın bölgədəki əməliyyatlarına cavab olaraq boğazın bağlandığını açıqlamışdı. Tehran boğazın ABŞ müdaxiləsi dayandırılana qədər açılmayacağını bəyan etmişdi.

Bununla belə, son günlərdə bəzi gəmilərin təhlükəsizlik risklərinə baxmayaraq Hörmüz boğazından keçdiyi bildirilib.

Ekspertlərin fikrincə, dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan Hörmüz boğazı ətrafında yaranan böhran qlobal neft bazarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki