image-1backend

ABŞ və İsrail Şiraz şəhərini VURDU:  20 nəfər mülki şəxs həlak oldu

image-ads-728x90

ABŞ və İsrailin İran ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində Şiraz şəhərində azı 20 nəfərin həlak olduğu bildirilir.

Korrekt.az xəbər verir ki, bu barədə Fars əyalətinin qubernator müavini Cəlil Hüseyni açıqlama verib. Onun sözlərinə görə, Şiraz şəhərində Zibaşəhr Parkı yaxınlığında baş verən hücum nəticəsində 20 mülki şəxs həyatını itirib, 30 nəfər isə yaralanıb.

Hüseyni bildirib ki, hücum nəticəsində şəhərdə yerləşən 115-ci Təcili Yardım Mərkəzi tamamilə dağıdılıb, həmçinin bələdiyyəyə məxsus bəzi binalara da ziyan dəyib.

Digər tərəfdən, Fars Təcili Yardım Bölməsinin rəhbəri Dr. Məsud Abid hücum zamanı 115-ci Təcili Yardım Mərkəzində çalışan iki səhiyyə işçisinin də həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, İsrail ilə Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir vaxtda ABŞ fevralın 28-də İrana hərbi hücuma başlayıb.

Buna cavab olaraq İran regionda ABŞ hərbi bazalarının yerləşdiyi bəzi ölkələrdə, o cümlədən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində müəyyən edilmiş hədəflərə zərbələr endirib.

Məlumatlara görə, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində ölkənin bir sıra şəhərlərində ağır itkilər qeydə alınıb və mindən çox insanın həyatını itirdiyi bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki