image-1773038178_ww2efczl_largebackend

ABŞ və İsrail Türkiyəni nəzarətə almalıdır- “The Wall Street Journal”da qalmaqallı yazı 

image-ads-728x90

Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetində “İrandan sonra ABŞ və İsrail “Türkiyəni nəzarət altında saxlamalıdır” başlıqlı məqalə dərc olunub.

Korrekt.az-ın məlumatına görə, məqalənin müəllifi İsrail tərəfdarı jurnalist Bredli Martindir.

Müəllif iddia edir ki, ABŞ və İsrailin regiondakı yeni məqsədi Türkiyəni cilovlamaq və nəzarətdə saxlamaq olmalıdır, çünki onun sözlərinə görə, Türkiyə ABŞ-ın xarici siyasətindən yayınır.

O, həmçinin Türkiyənin NATO-ya üzvlüyü məsələsini açıq müzakirəyə çıxarmağa çağırır. Müəllif İranı “regional təhlükə” hesab edir və vurğulayır ki, “həmin ölkənin neytrallaşdırılmasından” sonra ABŞ və İsrail Türkiyənin İranı əvəz etməsinin qarşısını almaq üçün addımlar atmalıdırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki