image-inshot_20260419_222649362_1776623266backend

Adnan Əhmədzadənin “Bolmart”ında İYRƏNCLİK: Müştərinin aldığı məhsul kifli çıxdı

image-ads-728x90
 

32gun.az yazır ki, Çinarə adlı müştəri qeyd edib ki, mağazadan aldığı “Magnum Mini Badem” markalı dondurmanın qablaşdırmasını açdıqda məhsulun kifləndiyinin şahidi olub.

18 AZN ödəyərək aldığı dondurmanın yararsız vəziyyətdə çıxmasından ciddi narazılığını bildirən vətəndaş, məsələni sübut etmək üçün həm kifli məhsulun, həm də alış-verişi təsdiqləyən çekin fotoşəkillərini təqdim edib.

Xatırladaq ki, Azərbaycanda geniş mağazalar şəbəkəsinə malik olan “Bolmart” supermarketləri birbaşa hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə əlaqələndirilir. Rəsmi qeydiyyat sənədlərinə əsasən, bu şəbəkənin idarəedicisi olan “Pro-Mart” MMC-nin əsas payçılarından birinin məhz Adnan Əhmədzadə olduğu bildirilir.

image-screenshot_2026_04_19_22_10_25_058_comfacebookkatana_edit_1776623266

Qeyd edək ki, “Bolmart” ilə yanaşı, “Rahat Market”, “Grandmart” və “Port Baku Bazar” kimi iri ticarət mərkəzləri də eyni biznes qrupuna daxildir. Hazırda bu marketlər şəbəkəsinin fəaliyyətində ciddi çətinliklər yaranıb, çünki sahibi Adnan Əhmədzadə 2025-ci ilin sentyabrında DTX tərəfindən həbs edilib və o, iqtisadi təhlükəsizliyə qarşı təxribatda, eləcə də külli miqdarda mənimsəmədə ittiham olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki