image-1backend

ADSEA Fuad Quliyevin inhisarındadır?

image-ads-728x90
Turan Hərəkat başqanı Cahandar Bayoğlu LAF TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı faktlar açıqlayıb.

Korrekt.az-ın xəbərinə görə, anaxeber.info.az məlumat verir ki, Bayoğlu qurumun rəhbərliyində olan şəxslərin qanunsuz hərəkətləri, biznesi və idarəçilik metodu haqda detalları diqqətə çatdırıb. Onun sözlərindən belə məlum olub ki, agentliyin sədri Zaur Mikayılov və aparat rəhbəri Fuad Quliyev bu strukturu cinayət yuvasına çevirib. Prezidentin etimad göstərib sədr qoyduğu, Azərsu, Su və Meliorasiya təsərrüfatını da agentliyin tabeliyinə verib ona həvalə etdiyi halda, Zaur Mikayılov hakimiyyətə ziyan verən fəaliyyətlə məşğuldur. Buna sabotaj da demək olar.

Dövlət üçün mühüm və strateji əhəmiyyətə malik bu qurumun Zaur Mikayılovla Fuad Quliyevin əlində əsir-yesir qalması ciddi risklər, təhdidlər yaradır. Çünki söhbət dövlətin su ehtiyatlarından, onun idarə olunmasından gedir.
2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışmış Fuad Quliyevin Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. Bu da qanunvericilikdə yolverilməz haldır. Yəni qohumu yüksək vəzifəyə təyin etmək. Cahandar Bayoğlu efirdə bildirib ki, əslində ADSEA-da sədr müavinlərinin səlahiyyətləri var. Amma aparat rəhbəri Fuad Quliyev onların heç birinə işləməyə imkan vermir. Onun dediyinə görə, kadr təyinatı, kimi işə qəbul, kimi işdən azad etmək məsələləri aparat rəhbəri Fuad Quliyevin inhisarındadır. Hətta onun qəbuluna düşmək istəyən müavinləri belə üzünü görə bilmirlər. Məlum olur ki, ya başı istədiyi kadrları təyin etməyə, ya tender işlərinə, ya da restoranlarını idarə etməyə qarışıb. Bəli, Fuad Quliyev “restoranlar kralı” kimi tanınır və bunu da efirdə hərəkat başqanı bəyan edib.

Bundan başqa, Bayoğlu iddia edib ki, Fuad Quliyev barəsində həbs qərarı çıxarılmış sabiq baş nazir müavini Abbas Abbasovun və ləğv edilmiş MTN-in əvvəllər məhkum olunmuş keçmiş generalı Akif Çovdarovun adamıdır. Yəni dövlətə və Prezidentə bağlı olmayan bir şəxs, tender korrupsiyası və restoran biznesi ilə məşğul olan Fuad Quliyev qudası – sədr Zaur Mikayılovla əlbir olaraq sözügedən agentliyi talan edirlər. Bir sözlə, “qudalar agentliyi” də demək mümkündür. Ümumiyyətlə, bu strukturda su təsərrüfatına aid olmayan xeyli sayda adamın idarə rəisi və başqa vəzifələri tutduğu bildirilir. Bundan əlavə, onlar da öz yaxınlarını müxtəlif sahələrə yerləşdirir ki, artıq agentlik tam şəxsi təsərrüfata, klanlar, tayfalar əlində qalan bir sistemə çevrilməkdədir. Üstəlik, Abbasov və Çovdarovlara yaxın adamların qurumda yerləşməsi narahatlıq doğuran bir məsələdir. Hər halda, bu deyilənlərə aydınlıq gətirilməsinə ehtiyac var. Yoxsa bu gedişlə Qorxmaz Hüseynov və başqalarına şükür etməli olacağıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki