Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maaş böhranı yaranıb.
Bu barədə Mia.az-a verilən məlumat verən Agentliyin tabeliyindəki idərələrdən birinin əməkdaşları deyir ki, aprel az qala bitir, lakin hələ də mart ayının maaşını belə almayıblar: “Camaatın krediti, dərdi, problemləri var. Yeni rəhbərlik gəldi, düşündük, daha yaxşı olar, ancaq daha betər günə gəldik…”
Məlumatda deyilir ki, demək olar bütün idarələrdə maaşlar gecikir: “Yanvar ayından vəziyyət belədir, maaşlar gecikmələrlə ödənilir”.
Xəbərdə deyilir ki, 3, 5, 7 və digər idarələrİn işçilər gecikməyə görə rəsmi orqanlara şikayətə hazırlaşırlar.





















