Ağstafa rayonunun Xətai kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidimiz Bəxtiyar Cəmşid oğlu Əsgərovun atası vəfat edib. 90 yaşlı şəhid atasının vəfatı ilə əlaqədar doğma evində keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1975-ci ildə dünyaya göz açan Bəxtiyar Əsgərov 1995-ci ildə ölkəmizin azadlığı və suverenliyi naminə Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!






















