Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsiyəyə gələn filmin təqdimatı Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunub və məsul şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qəhrəmanın atası Nazim Yusifov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, filmin rejissoru Kəmalə Musazadə, döyüş yoldaşı, baş gizir Cavidan Səfərov Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yollarından söz açıb, ölkəmizdə şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün həyata keçirilən tədbirlərdən, eyniz zamanda, onların doğmalarını, eləcə də qazilərimizi və müharibə veteranlarını hərtərəfli diqqət və qayğı ilə əhatə edən dövlət siyasətindən bəhs ediblər.
Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.





















