ABŞ Prezidenti Donald Trampın Venesuelada demokratiya və ölkə rəhbərliyi Nikolas Maduro hökumətinin legitimliyi ilə bağlı açıqlamaları Avropa ölkələrinə növbəti siyasi zərbə kimi qiymətləndirilib. Korrekt.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının senatoru Andrey Klişas “Telegram” kanalında paylaşım edib.
Klişas bildirib ki, Avropa ölkələri Venesuelada “demokratiyanı dəstəkləmək” və Maduronun “qanunsuz hökuməti” barədə danışmağa çalışsalar da, eyni zamanda Vaşinqtonun addımlarını haqlı çıxarmağa cəhd ediblər. Senator vəziyyəti ironik şəkildə şərh edərək yazıb: “Tanrı dedi ki, əvvəlcə neftlə məşğul olacağıq, demokratiya isə sonra gələcək.”
O, həmçinin Venesuela neftinin gələcək taleyinə toxunaraq Avropa ölkələrinin ya tam yanacaq embarqosu tətbiq edəcəyini, ya da qiymət tavanı müəyyənləşdirəcəyini iddia edib. Klişas daha əvvəl ABŞ-ın faktiki olaraq bütün Qərb yarımkürəsi üzərində suverenlik iddiası irəli sürdüyünü qeyd etmiş və Avropa ölkələrini beynəlxalq nizamın dəyişməsinə hazır olmağa çağırmışdı.





















