İslam Respublikası parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf hesab edir ki, ABŞ-la atəşkəsə səbəb “Hizbullahın dözümlülüyünün və “müqavimət oxu”nun birliyinin nəticəsidir”. Korrekt.az xəbər verir ki, bunu “X” hesabında İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf yazıb.
Paylaşımda deyilir:
“Dünən gecə dediyim kimi, atəşkəs Hizbullahın dözümlülüyünün və “müqavimət oxu”nun birliyinin nəticəsidir; biz bu atəşkəsə ehtiyatla yanaşacağıq və tam qələbə əldə olunana qədər birliyimizi qoruyacağıq.
Bu atəşkəsi asanlaşdırdıqları üçün Pakistan dövlətinin və general Asim Munirin vasitəçilik səylərinə təşəkkür edirəm.
Biz vədimizin ardınca gedirik…”.





















