image-1backend

ATƏT Minsk Qrupu ləğv edildi  

image-ads-728x90

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun və əlaqədar strukturlarının ləğv edildiyini elan edib. Korrekt.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ATƏT-in Minsk prosesi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə başlanıb. Proses çərçivəsində Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu fəaliyyət göstərib və münaqişənin nizamlanması üçün əsas platforma olub.

ATƏT-in məlumatına görə, Ermənistan və Azərbaycan tərəfindən Finlandiya Sədrliyinə ünvanlanmış Birgə Müraciətdən sonra ATƏT Nazirlər Şurası 1 sentyabr 2025-ci il tarixində MC.DEC/1/25 saylı qərar qəbul edib. Bu qərara əsasən, 30 noyabr 2025-ci il saat 23:59-da Minsk prosesi və onun əlaqədar strukturlarının fəaliyyəti rəsmi olaraq yekunlaşdırılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki