Azərbaycan Hava Yolları və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.
8 iyul – 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.
Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.





















