Bu ilin mart ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.
Korrekt.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat ayı ərzində “Expressbank” ASC ən çox şikayət olunan bank olub.
Belə ki, yuxarı şikayət indeksində “Expressbank” ASC 2,64 indeksi ilə birinci yerdə qərarlaşıb.
“İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanıb”, – Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd edək ki, “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunub və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərib. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılıb. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb.
“Expressbank” ASC-nin Müşahidə Şurasının sədri Əfqan Cavadovdur. Bank 112 544 834.6 manat nizamnamə kapitalına malikdir.
Bankın səhmdarları 19.9832% payla Seyidov Hafiz Mirzağa oğlu, 0.3794% payla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs, 48.7833% payla Azenco Group MMC, 30.8541% payla Enerqoservis MMC-dir.





















