image-1backend

“Azərcell” xəbərdarlıq etmədən qiymətəri qaldırdı

image-ads-728x90

“Azərcell”in ötən yaydan tətbiq etdiyi yeni tarif paketlərinə cəmi 10 ay sonra yenə dəyişiklik edib. “Supersən” paketinin qiymətini 10 manatdan 12 manata qaldırıblar.
Ən maraqlısı da odur ki, bununla bağlı müştərilərə xəbərdarlıq mesajları da gəlməyib.

Korrekt.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat paylaşıb.

O bildirib ki, Azərbaycan regionda mobil operator xidmətinin ən baha olduğu ölkədir:

“Nömrəmdə 10 manat olsa da, paketin vaxtı bitən andan yenilənmə olmadı.

Özüm zəng edəndən sonra, 2 manat köçürməli olduğumu dedilər.

Səbəbini də belə izah elədilər ki, paket çərçivəsində təklif olunan 3 GB intenet 5 GB-a yüksəldilib.

Bunu hansı zərurətdən ediblər, müştərilər arasında sorğu keçirib buna ehtiyac olduğunu soruşublarmı?

Məsələn, mən artıq 1 ildir ödədiyim 10 manat müqabilində aldığım 300 dəqiqədən maksimum 150 dəqiqə, əksər aylarda isə 100-120 dəqiqə işlətmişəm. İnternet paketinin də yarısını ancaq işlədirəm.

Əgər tutaq ki, 100-150 dəqiqəlik danışığa, 2 GB internetə ehtiyacım varsa, “Azərcell” belə bir seçim imkanı tanımır.

Bu halda mən xərcimi artırmaqla əlavə interneti niyə almalıyam?

Rəqabət olmayanda, seçim imkanı olmayanda nəticəsi belə olur.

Yəni tarif paketləri daha geniş diapazonda və çeşidli qiymətlərlə istehlakçı ehtiyaclarına (həmçinin büdcəsinə) uyğun olmalıdır”.

İqtisadçı bildirib ki, Azərbaycan regionda mobil internetin ən baha olduğu ölkələrdən biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki