image-xirdalanbackend

Bakı -Sumqayıt yolunda tıxac olmayacaq- Yeni yolötürücüsü TİKİLİR 

image-ads-728x90

“Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yolötürücüsünün tikintisi planlaşdırılır”.

Korrekt.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, həmin layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı–Şamaxı yoluna yönləndiriləcək:

“Bu baxımdan iki iri yolötürücüsünün bir-birinə çox yaxın məsafədə yerləşdirilməsi həm texniki, həm də təhlükəsizlik baxımından uyğun hesab edilmir”.

A.Rzayev vurğulayıb ki, hazırda Bakı–Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ətrafında müşahidə olunur:

“Tunel boş olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmədiyindən əsas hərəkət istiqaməti bağlanır. Bu problemi həll etmək üçün əlavə zolağın tikintisi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Xırdalan dairəsi ilə bağlı müxtəlif həll variantları nəzərdən keçirilib:

“Amma burada əsas məsələlərdən biri də vəsaitlərin səmərəli istifadəsidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub. Yəni Bakı–Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da M1 magistralına, Bakı–Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki