image-media-51b152b1-8e49-45ba-bb0a-85aaf330eb5b-vm7trg-960x640backend

Aygün Attara böyük etimad – Yüksək Məsləhət Şurasına üzv seçildi – FOTO

image-ads-728x90

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri, professor Aygün Attar Türk İnternet Media Birliyinin (TİMBİR) Yüksək Məsləhət Şurasına üzv qəbul olunub.

Yenicag.az xəbər verir ki, üzvlük sənədi TİMBİR-in Ankaradakı yeni mərkəzi ofisinin açılış mərasimində təqdim edilib.

Mərasimə Türkiyənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ictimaiyyət nümayəndələri və jurnalistlər qatılıblar.

İştirakçılar arasında Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu, millət vəkilləri Harun Mertoğlu, Mustafa Hamarat və Yusuf Ahlatcı, Anavatan Partiyasının sədri İbrahim Çelebi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini və millət vəkili, professor İlyas Topsakal, səfir Yavuz Selim Kıran, AK Partiyanın Mərkəzi Aparatının Xarici Əlaqələr üzrə sədr müavini Osman Timurtaş, Türkiyənin Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi və TİMBİR-in Yüksək Məsləhət Şurasının sədri Seyfullah Hacımüftüoğlu, eləcə də ictimaiyyət və media nümayəndələri yer alıblar.

Tədbirdə çıxış edən Aygün Attar mürəkkəb proseslərin yaşandığı indiki dövrdə birlik və həmrəyliyə ehtiyacın daha da artdığını vurğulayıb. O, sağlam cəmiyyətin formalaşmasında medianın mühüm rol oynadığını, bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Mərasim çərçivəsində Attara TİMBİR-in Yüksək Məsləhət Şurasının üzvlüyünü təsdiqləyən sənəd təqdim olunub. Bununla da o, Türkiyənin dövlətçilik, ictimai həyat və media sahəsində nüfuzlu simalarının təmsil olunduğu şuranın tərkibinə daxil olub.

Qeyd edək ki, TİMBİR-in Yüksək Məsləhət Şurasına Türkiyənin Milli Təhlükəsizlik Şurasının uzun illər baş katibi olmuş Seyfullah Hacımüftüoğlu rəhbərlik edir.

Şurada Ankara Ticarət Palatasının sədri Gürsel Baran, AK Partiyanın Mərkəzi İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Türkiyə Prezidenti yanında Təhsil Siyasəti Şurasının üzve Səlcuq Pəhləvanoğlu və digər tanınmış şəxslər təmsil olunurlar.

Qeyd edək ki, Aygün Attarı tədbirdə TADİV baş katibi Əli Əkbər Tufan müşaiyyət edib.

image-media-feec3a80-67bf-417f-b135-425bfede91f7-0omi4c-300x225 image-media-51b152b1-8e49-45ba-bb0a-85aaf330eb5b-vm7trg-300x200 image-media-51b152b1-8e49-45ba-bb0a-85aaf330eb5b-vm7trg-960x640



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki