Evlərin zirzəmiləri və küçələr su altında qalıb… Yığılıb qalan tullantı suları evlərə dolur və ətrafda üfunət yayılır…
Korrekt.az xəbər verir ki, görüntülər Buzovna qəsəbəsi Məmməd Səid Ordubadi küçəsindəndir.
Sakinlər deyirlər ki, suyun axıdılması üçün qoyulan xəttə Şağan qəsəbəsinin də xətti birləşdirilib. Nəticədə xətt dolur, ordan axan su da evlərin altına gedir:
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirdilər ki, ərazidə drenaj xətlərində tutulma baş verib. Səhər saatlarından ünvana Xəzər Sukanal İdarəsinin qəza briqadası cəlb olunub. Xəttin açılması istiqamətində işlər görülür. O ki, qaldı, sakinlərin iddalarına, ərazidə tullantı su xətləri mövcud deyil. Yağıntıların çox olduğu vaxtlarda xətlərin həddindən artıq yüklənməsi daşmalara səbəb ola bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





















