Almaniyada hakim koalisiya benzin və dizel yanacağının qiymətini azaltmaq üçün yeni qərar qəbul edib.
Korrekt.az xəbər verir ki, bu barədə yayılan məlumata görə, yanacaq aksizləri tütün məmulatlarından yığılan rüsumların artırılması hesabına aşağı salınacaq.
Bildirilir ki, yaxın iki ay ərzində benzin üzrə aksiz 65 avrosentdən 48 avrosentə, dizel üzrə isə 47 avrosentdən 30 avrosentə endiriləcək.
Maraqlıdır ki, hakim koalisiya daha əvvəl də tütün aksizini artırmağı planlaşdırırdı. Almaniya kansleri Fridrix Merts bildirib ki, bu addım avtomobil sahibləri və müəssisələr üçün vəziyyəti qısa müddətdə yaxşılaşdırmağa imkan verəcək.
Onun sözlərinə görə, xüsusilə işi ilə əlaqədar avtomobillə çox hərəkət etməli olan şəxslər bu qərardan faydalanacaqlar.
Bununla yanaşı, hakim koalisiya işəgötürənlərə əməkdaşlara 1000 avro məbləğində mükafat ödəməyə də icazə verəcək. Həmin ödənişdən vergi və digər rüsumlar tutulmayacaq.
Qeyd olunur ki, görülən tədbirlər nəticəsində ümumilikdə 1,6 milyard avroyadək qənaət əldə oluna bilər.Musavat.com





















