Ağ Evin mətbuat katibi Caroline Levitt, Cenevrə danışıqları və “sülh planı”na edilən dəyişikliklər barədə bəyanat verib. Korrekt.az xəbər verir ki, o, jurnalistlərlə görüşü zamanı Sky News-a istinadən bildirib ki, Ukrayna ilə ABŞ arasında keçirilən danışıqlarda bəzi fikir ayrılıqları hələ də qalır.
Levittin sözlərinə görə, Ukraynada müharibəyə son qoymaq üçün keçirilən danışıqlar məhsuldar olub, lakin hələ də bir neçə məsələ üzrə razılaşma əldə olunmayıb. O, həmçinin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında bu həftə görüşün planlaşdırılmadığını qeyd edib.
Ağ Evin mətbuat katibi əlavə edib ki, hazırda yenilənmiş “sülh planı”nın Rusiya tərəfinə təqdim edilməli olduğunu vurğulayıb. “Təcililik hissi var. Prezident bu razılaşmanın əldə olunmasını və müharibənin bitməsini istəyir”, — Levitt qeyd edib.
Levittin sözlərinə görə, ABŞ prezidenti həm Ukrayna, həm də işğalçı dövlət olan Rusiya liderlərinə ciddi təzyiqlər edir və Tramp sazişin “mümkün qədər tez” bağlanmasını istəyir.





















