image-1backend

Bu ölkədə  benzinin qiyməti kəskin bahalaşdı

image-ads-728x90

Rusiyada iyul ayının əvvəlindən etibarən yanacaq qiymətlərində ciddi artım qeydə alınıb. Xüsusilə Aİ-95 markalı benzinin qiyməti 24 faiz yüksəlib.

Korrekt.az xəbər verir ki, Aİ-92 markalı benzinin qiyməti 20 faiz artaraq litr üçün 70,5 rubldan (təxminən 1,48 manat) satılır. Aİ-95 markalı benzinin qiyməti 24 faiz bahalaşaraq 77,5 rubla (təxminən 1,63 manat) çatıb.

Bununla yanaşı, Aİ-98 markalı benzinin qiyməti 32 faiz artaraq litr üçün 119,5 rubl (təxminən 2,51 manat), Aİ-100 markalı benzin isə 13 faiz bahalaşaraq 94,5 rubl (təxminən 1,98 manat) olub.

Dizel yanacağının qiyməti də 11 faiz artaraq litr üçün 88 rubla, yəni təxminən 1,85 manata yüksəlib.

“Kommersant” nəşrinin məlumatına görə, qiymət artımı fonunda istehlakçılar daha ucuz yanacaq növlərinə üstünlük verməyə başlayıblar. Belə ki, Aİ-92 markalı benzinin satışı 10 faiz artsa da, Aİ-95 və Aİ-98 markalı benzinlərin satışı müvafiq olaraq 13 və 18 faiz azalıb. Eyni zamanda dizel yanacağına tələbat 28 faiz, maye qaza tələbat isə 17 faiz artıb. Aİ-100 markalı benzinə maraq daha sürətlə yüksəlib və bu yanacağın satışı 37 faiz artıb.

Ekspertlər yaxın perspektivdə yanacaq qiymətlərinin ucuzlaşacağını gözləmirlər. Onların fikrincə, bahalaşmaya təkcə yanacaq çatışmazlığı deyil, həm də aksiz vergilərinin hər il indeksləşdirilməsi və digər dolayı vergi amilləri təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, tələbat azalsa belə, qiymətlərdə ciddi eniş baş verməyəcək.

Qeyd edək ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi dron zərbələrindən sonra ölkədə yanacaq təminatında problemlər yaranıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak da ölkədə yanacaq çatışmazlığını təsdiqləyərək, bunu neft emalı müəssisələrinə edilən hücumlarla əlaqələndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki