Rusiyada Porsche avtomobilinin sahibləri çətin vəziyyətə düşüblər. Artıq bir neçə gündür ki, Rusiyada Porsche sahibləri avtomobillərinin işə sala bilməmələri, həmçinin hərəkətdə olan avtomobil qəfil dayanması ilə bağlı kütləvi şikayətlər edirlər. Korrekt.az xəbər verir ki, məlumatı Telegram-da yayımlanan Shot kanalı açıqlayıb.
Kanalın bildirdiyinə görə, ölkədə yüzlərlə Porsche bir daşa çevrilib. Şikayətlər əsasən Moskva, Krasnodar və digər böyük şəhərlərin sürücülərindən daxil olub.
Dilerlərin ilkin qiymətləndirməsinə görə, problem rabitə kəsilməsi və ya zavod siqnalizasiya sistemindəki nasazlıqla bağlı ola bilər. Bu nasazlıq avtomobillərin kilidlənməsinə və işə düşməməsinə səbəb olub.
Müvəqqəti həll kimi sürücülərə akkumulyatoru təxminən on saatlıq ayırmaq tövsiyə edilib. Bir çox avtomobil sahibi nasazlıq səbəbindən maşınlarını servisə çatdırmaq üçün yedəkləmə xidmətinə əlavə pul ödəməli olub.
2025-ci ilin əvvəlindən Porsche-in dünya üzrə avtomobil tədarükləri ötən illə müqayisədə 8% azalıb. Rusiyadan çıxmasına baxmayaraq, şirkət ümumilikdə 71 minə yaxın avtomobil satıb.
Almaniyada satışlar ilin birinci rübündə 34% azalaraq 7495 ədədə düşüb. Digər Avropa ölkələrində satışlar 10% (18 017), Çində isə 42% (9471) azalıb. Şimali Amerika Porsche üçün əsas bazar olaraq qalır — ilin ilk üç ayında regionda 20 698 avtomobil satılıb.
Rusiya xarici avtomobillərin payını azaltmağı planlaşdırır
Rusiya sənaye və ticarət naziri Anton Əlixanovun son illər bu marka ən kefiyyətsiz bir marka kimi imic qazanıb. Nazirin sözlərinə görə, ölkə 2035-ci ilə qədər avtomobil bazarında xarici markaların payını 20%-ə endirməyi planlaşdırır. O bildirib ki, ötən il yerli avtomobillərin payı 44% olub, 2025-ci ildə isə bu göstəricinin 55%-ə yüksələcəyi gözlənilir.
Nazirin sözlərinə görə, buna sənaye subsidiyaları və avtomobil çeşidinin genişləndirilməsi hesabına nail olunur. Hazırda Rusiyada 20-dən çox marka və 50-yə yaxın model minik avtomobili — sedanlar, krossoverlər, pikaplar və yolsuzluq avtomobilləri təqdim olunur.





















