image-1backend

Bu ölkələr Beynəlxalq Olimpia Komitəsinə pul verməkdən imtina etdi

image-ads-728x90

Estoniya, Hollandiya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya və Finlandiya Avropa Komissiyasına məktub yazaraq Rusiya və Belarusun beynəlxalq yarışlara qayıtmasına icazə verən BOK və digər idman təşkilatlarını Aİ maliyyələşdirmə proqramlarından kənarlaşdırmaq təklifi ilə çıxış ediblər.

Korrekt.az xəbər verir ki, məktub, digər məsələlərlə yanaşı, mədəniyyət və idmana da nəzarət edən Avropa Komissarı Qlenn Mikallefə göndərilib. Məktubda BOK-un, eləcə də Beynəlxalq Qılıncoynatma Federasiyası və Beynəlxalq Üzgüçülük Federasiyası da daxil olmaqla bir sıra digər beynəlxalq idman təşkilatlarının Erasmus+ proqramı vasitəsilə Aİ maliyyələşdirilməsinə çıxışının ləğv edilməsi təklif olunur.

Bundan əlavə, ölkələr bu cür təşkilatların Avropada idmanın inkişafı ilə bağlı gələcək müzakirələrdə və tədbirlərdə iştirakını nəzərdən keçirməyi təklif ediblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki