image-img_20260711_234438backend

Bu prezidentlərin ölüm fərmanı verildi: İlk HƏDƏF KİMDİR?

image-ads-728x90

SEPAH yaxınlığı ilə seçilən İranın “Həmşəhri” qəzetinİran qisas alınacağı iddia edilən şəxslərin siyahısını yayımlayıb.

Korrekt.az xəbər verir ki, İranın “Həmşəhri” qəzetində dərc olunan materialda bir sıra xarici dövlət başçıları və yüksək vəzifəli şəxslərin şəkilləri narıncı məhbus geyimində təqdim edilib. Nəşrdə bəzi şəxslərin alın hissəsində hədəf nişangahı təsviri yerləşdirilib, fon isə güllə izlərini xatırladan elementlərlə tərtib olunub.

Qəzetin dərc etdiyi siyahıda İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp, ABŞ dövlət katibi Marko Rubio, ABŞ müdafiə naziri Pit Heqset, admiral Bred Kuper, İsrailin müdafiə naziri İsrail Kats, xarici işlər naziri Gideon Saar, İtaliyanın Baş naziri Corcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və digər şəxslərin adları yer alıb.

Nəşr bu şəxsləri İran İslam Respublikasının gələcəkdə qisas ala biləcəyi hədəflər kimi təqdim edib. Bununla belə, İranın rəsmi dövlət qurumları tərəfindən sözügedən siyahı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

image-img_20260711_234438



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki