image-1backend

Bu şəhərdə Rusiya bayrağı qadağan edildi – Putin, Kadırov və Lukaşenkonun fotoları da olmaz

image-ads-728x90

8 və 9 may tarixlərində Berlin polisi İkinci Dünya Müharibəsinin bitməsinin qeyd edildiyi məkanlarda Rusiya bayraqlarını, sovet simvollarını və “Z” simvolikasını qadağan edəcək.

Korrekt.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı şəhərin polis sözçüsünə istinadla məlumat yayıb.

Qaydalara əsasən, keçmiş SSRİ, Belarus və Çeçenistan bayraqları və bannerləri qadağandır. Lakin Ukrayna bayraqlarının nümayişinə icazə veriləcək. Bundan əlavə, hərbi forma və onların elementlərinin geyinilməsi, fərqlənmə nişanlarının istifadəsi, “V” və “Z” hərflərinin və “Georgiyev lentləri”nin ictimai nümayişi qadağandır.

Məhdudiyyətlər vizual görüntülərə də aiddir: Vladimir Putin, Aleksandr Lukaşenko və Ramzan Kadırovun şəkilləri qadağan edilir. Bundan əlavə, Rusiya hərbi marşlarının və mahnılarının ifası, Ukraynaya qarşı müharibəni dəstəkləmək kimi şərh edilə biləcək hər hansı bir simvolizm və ya separatçı qurumların bayraqları qadağandır.

Berlində Sovet və Rusiya simvollarının nümayişinə qadağalar Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri hər il tətbiq olunur və anım günlərində təhlükəsizlik və ictimai asayişi təmin etmək üçün hakimiyyətin siyasətinin bir hissəsi olaraq qalır.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki